Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
QASIM MÜƏLLİMİ XATIRLARKƏN

0


  •         “Xocalının səsi” qəzetinin redaktoru  Qasım  Qırxqızlı ilə 2002-ci il dekabrın 20-də Goranboy şəhər mədəniyyət  sarayında tanış olduq. Həmin gün biz rayon qəzetinin (“Mübariz”in) ilk nömrəsininin çapdan çıxmasının 70 illik yubileyini keçirirdik.Tədbirə digər qonaqlarla yanaşı ətraf bölgələrin rayon qəzetlərinin redaktorları da dəvət olunmuşdu. Samux rayon qəzetinin redaktoru Səbuhi Məmmədov onunla gəlmiş bir şəxsi təqdim edib dedi ki, bu kişi “Xocalının səsi” qəzetinin redaktoru Qasım Qırxqızlıdır. Biz tanış olduq. Qısa hal-əhvaldan sonra Qasım  müəllim tədbir öncəsi bizi təbrik etdi, kollektivimizə uğurlar arzuladı.

            Bizim tanışlığımız belə oldu. Bu tanışlıq peşə dostluğuna çevrildi. Çünki biz görüşəndə hal-əhvaldan sonra söhbətimiz ancaq qəzetdən olardı. Mətbuat Şurasının və digər təşkilatların keçirdiyi tədbirlərdə də adətən bir yerdə olardıq. Bundan başqa Qasım müəllimin yolu Goranboy rayonunun mərkəzinə düşəndə redaksiyaya da gələrdi. Beləcə illər bir-birini əvəz etdi. Qasım müəllim həm də şair idi.

            2015-ci ilin iyulunda-milli mətbuatımızın 140 illiyi ərəfəsində Gəncə şəhərində keçirilən respublika  səviyyəli tədbirdə Qasım müəllim işğal altında olan torpaqlarımızı düşmən tapdağından  azad etməyə səsləyən şeirlər oxudu. Sözügedən tədbirdən bir neçə ay sonra biz Qasım müəllimlə təsadüfən Gəncədə görüşdük. Harasa tələsirdi. Yaşadığı evi mənə göstərib nə vaxt gəlsən qonağım ola bilərsən dedi. Amma həmkarımın bu dəvətini qəbul etmək mənə nəsib olmadı... Eşitdim ki, Qasım müəllim vəfat edib. Mən bu itkiyə təəssüfləndim. Bu gün mən də Qasım müəllimə böyük yaradandan rəhmət diləyir və ruhu şad olsun deyirəm.

                                                    Fəxrəddin XƏLİLOV,

                                             “Mübariz”qəzetinin redaktoru.

                                               Goranboy rayonu.   
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib29 dəfə
    QASIM MÜƏLLİMİ XATIRLARKƏN

    Maraqlı gələ bilər
    32